Lənkəranda yeniyetmə dənizdə boğulub

Lənkəranda bir nəfər dənizdə boğulub.

APA-nın verdiyi xəbərə görə Lənkəran şəhərinin “Kiçik Bazar” deyilən ərazisində Sahil küçəsində dənizdə yeniyetmə boğularaq ölüb. Əraziyə FHN-nin dalğıc-axtarış qrupunun cəlb olunub və yeniyetmənin meyiti dənizdən çıxarılıb. Meyit təcili tibbi yardım avtomobili ilə Məhkəmə Tibbi Ekspertiza və Potoloji Anatomiya birliyinin Lənkəran rayon şöbəsinə təhvil verilib.

Onu da bildirək ki, yeniyetmənin ailənin tək övladı olduğu deyilir.

Faktla bağlı araşdırma aparılır.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.