Məcburi sığortadan yığılan pulların məbləği açıqlandı

07 İyul 2021 - 11:11

2021-ci ilin yanvar-iyun aylarında proqnoza nisbətdə məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 175,5 mln. manat və ya 10,6% artıb.

Dövlət Sosial Müdafiə Fondunun İctimaiyyətlə əlaqələr departamentindən verilən məlumata görə, büdcə təşkilatlarında ötən ilin müvafiq dövrü ilə müqayisədə 10,7 mln. manat və ya 1,6 %, qeyri-büdcə təşkilatlarında isə 123,4 mln. manat və ya 11,9% artım qeydə alınıb.