Mədəniyyət Nazirliyinin tabeliyində olan “Əsaslı Tikinti və Təchizat” MMC tədbir və digər proqramlarda istifadə olunacaq səhnə, səs və işıq avadanlıqlarının icarəsinə 232 932 AZN xərcləyəcək.
Pravda.az-ın xəbərinə görə, qurum “Mozg Media Group” MMC ilə müqavilə bağlayıb.
Buraya səhnənin qurulması, led ekran, səs sistemləri daxildir.