Mədəniyyət Nazirliyi işə qəbul üzrə müsabiqə keçirəcək

Musiqi, incəsənət, rəssamlıq, muğam, aşıq məktəb və mərkəzlərinə direktorların və tədris işləri üzrə direktor müavinlərinin işə qəbulu və yerdəyişməsi üzrə müsabiqə və müsahibələr keçiriləcək.

Bu barədə Mədəniyyət Nazirliyindən bildirilib.

Qeyd olunub ki, Mədəniyyət Nazirliyi tərəfindən 2024-2025-ci tədris ili üçün musiqi, incəsənət, rəssamlıq, muğam, aşıq məktəb və mərkəzlərinə direktorların, direktor müavinlərinin işə qəbulu və yerdəyişməsi qaydalarına əsasən işə qəbul müsabiqə əsasında həyata keçirilir.

Müsabiqə test imtahanından və müsahibədən ibarət olmaqla, iki mərhələdə təşkil edilir.

Mədəniyyət Nazirliyinin tabeliyindəki məktəb və mərkəzlərdə çalışan direktorların və tədris işləri üzrə direktor müavinlərinin işə qəbulla bağlı müsabiqə şərtləri fərqli olan ərazilər üzrə (digər ərazilərdən Bakı şəhərinə, hər hansı bir rayondan Abşeron rayonuna, Gəncə və Sumqayıt şəhərlərinə) yerdəyişməsi müsahibə yolu ilə həyata keçirilir.

Müsabiqə və müsahibələrin keçirilmə tarixi barədə əlavə məlumat veriləcək.

Əvvəlki məqalə

“Milk-Pro” şirkətinin təsisçisi olan tanınmış biznesmen vəfat edib

Sonrakı məqalə

G7 ölkələri müdafiəyə 10 trilyon dollardan çox vəsait xərcləyəcək