Mədəniyyət sahəsində Dövlət proqramı hazırlanacaq

Bu gün təqdim olunan layihə Azərbaycanda mədəni irsin qorunması üçün zəruridir.

Bunu Mədəniyyət nazirinin birinci müavini Adil Kərimli deyib.

Onun sözlərinə görə, hazırda mədəniyyət sahəsində təhlil mərhələsindən keçilir: “Problemləri tapıb həll edirik. Mədəniyyət sahəsi hər zaman diqqətdədir. Ciddi addımlar da atılır. Mədəniyyət sahəsində Dövlət proqramı hazırlanacaq. Kadr yanaşmaları fərqli olur. Mədəniyyət sahəsində uğursuzluqlar da var. İkinci problem isə cəmiyyətin düzgün yanaşmamasıdır. Mədəniyyət sahəsində islahatların aparılmasına ehtiyac var. İtməkdə olan əsərlərimiz Heydər Əliyev Fondu tərəfindən tapılıb üzə çıxarılır. Mədəniyyət sahəsində boşluqların və probemlərin aradan qaldırmaq üçün dövlət sənədinin qəbul edilməsi lazımdır”.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.