“Məğlubiyyət Ermənistanın və Qarabağın sonu oldu” –

Ter-Petrosyandan etiraf
16 May 2021 - 17:42

“Ermənistanın Qarabağda məğlubiyyəti son 23 illik hakimiyyətin apardığı avanturist və məsuliyyətsiz siyasətin nəticəsidir”.

Azpost.info bildirir ki, bu sözləri Ermənistanın sabiq prezidenti Levon Ter-Petrosyan Erməni Milli Konqresinin qurultayında çıxışı zamanı bəyan edib.

Onun sözlərinə görə, məğlubiyyətin əsası 1998-ci ildə qoyulub: “Status-kvonun saxlanması barədə yalançı inam və “bir metr torpaq da güzəşt edilməyəcək” prinsipi…Paşinyanın təxribatçı “Qarabağ –Ermənistandır və nöqtə!” bəyanatı bu məğlubiyyəti yekunlaşdırdı. Bu, Ermənistanın və Qarabağın sonu oldu”.

Ter-Petrosyanın fikrincə, 23 il ərzində hakimiyyət real siyasətin 3 vacib faktorunu nəzərə almadı: Qüvvələr balansı, müttəfiqlərin olmaması və ən əsası zamanın geri dönməzliyi…Həqiqət ondadır ki, bu gün mümkün olan sabah mümkün olmaya bilər: “Bu, siyasətin əlifbasıdır. Hakimiyyətlərimiz bunu anlamadı. Bu 23 ildə iqtidar özünü oyun azarkeşi kimi apararaq daha çox qazanmağa cəhd etdi. Buna görə məğlub oldular”.