Məhkəmə Donald Trampdan tələb olunan girov məbləğini azaldıb

Nyu-York apelyasiya məhkəməsi ABŞ-ın sabiq Prezidenti Donald Trampdan tələb edilən girov məbləğini azaldıb.

Birinci instansiya məhkəməsi maliyyə fırıldaqçılığı ilə bağlı prosesdə cinayət təqibinin dayandırılması üçün 454 milyon dollar girov ödənilməsi barədə qərar çıxarmışdı. Apelyasiya məhkəməsi bu məbləği 175 milyon dollara endirib.

Sabiq Prezidentin rəhbərlik etdiyi tikinti şirkəti bu məbləği 10 gün müddətində ödəməlidir.

Əvvəlki məqalə

“Crocus City Hall” mərkəzində terror aktı ilə əlaqədar daha 3 nəfər saxlanılıb

Sonrakı məqalə

Azərbaycan millisi Bakıda Bolqarıstanla heç-heçə edib