Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • İqtisadiyyat

Məhkəmə mebel istehsalı ilə məşğul olan şirkətə cərimə kəsdi

Orkhan Ali 10 Yanvar 2025 - 16:43 (Last updated: 21 May 2025 - 20:15)
mehkeme

“Chelebi” MMC valyuta tənzimi qaydalarını pozduğu üçün cərimələnib. AzPost-un əldə etdiyi məlumata görə, Mərkəzi Bank tərəfindən şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 430.4-cü (Valyuta tənzimi qaydalarının pozulması, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə) maddəsinə əsasən cərimə protokolu tərtib edilib.

Müddəanın tələblərinə əsasən, şirkət xidmət almaq üçün avans yolu ilə ölkə xaricinə valyuta çıxarıb. Lakin hər hansı xidmət almayıb və həmin valyuta ölkəyə geri qaytarılmayıb.

 

Daha sonra protokol baxılması üçün Nəsimi Rayon Məhkəməsinə göndərilib. Məhkəmədə barəsində protokol tətbiq edilmiş MMC ilə bağlı müraciətə baxılıb.

Hakim Solmaz Mustafayevanın sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, şirkətə inzibati tənbeh tətbiq edilib, yəni cərimə kəsilib.

Xatırladaq ki, valyuta tənzimi qaydalarını pozmaya görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin 10 faizindən 20 faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin 20 faizindən 30 faizinədək məbləğdə cərimə edilir.

Qeyd edək ki, “Chelebi” MMC mebel istehsalı ilə məşğul olur.

Post navigation

Previous: Dövlət Neft Fondunun daşınmaz əmlak portfelinin dəyəri açıqlandı
Next: Dövlət Agentliyi Ziyafət Fərzəliyevdən 3 milyonluq hazır yemək alacaq

Oxşar xəbərlər

qida01
  • İqtisadiyyat

Azərbaycanda ən çox bu ərzaqlar bahalaşıb – Qiymətlərdəki artımın detalları

User 19 Noyabr 2026 - 13:49
Bank Respublika
  • İqtisadiyyat

Bank Respublika-nın yeni səhmdarları kimlərdir? – Açıqlama

User 19 Noyabr 2026 - 11:51
valyuta
  • İqtisadiyyat

Bu günə olan valyuta məzənnələri

User 19 Noyabr 2026 - 10:05

xƏBƏR

tramp teyyare
  • Dünya

Tramp təyyardən Avropa liderlərinə zəng etdi – “Ukraynaya yardımı dayandırın!”

User 19 Noyabr 2026 - 21:52
ABŞ Prezidenti Donald Tramp Avropa ölkələrinin Ukraynaya gələcək hərbi və maliyyə dəstəyini davam etdirməsinin məqsədəuyğunluğunu şübhə altına...
Read more about Tramp təyyardən Avropa liderlərinə zəng etdi – “Ukraynaya yardımı dayandırın!”
Beynəlxalq axtarışda olan Zinyət Səfərova Azərbaycana gətirilib hebs qadin
  • Sosial

Beynəlxalq axtarışda olan Zinyət Səfərova Azərbaycana gətirilib

User 19 Noyabr 2026 - 21:17
Məleykə Abbaszadə BDU-nun kollektivinə təqdim olunub meleyke bdu
  • Sosial

Məleykə Abbaszadə BDU-nun kollektivinə təqdim olunub

User 19 Noyabr 2026 - 18:25
Badamdarda sürüşmə – İnsanlar təxliyə olunur surusme badadar
  • Baş Yazı

Badamdarda sürüşmə – İnsanlar təxliyə olunur

User 19 Noyabr 2026 - 18:19
İlham Əliyev Vyetnama rəsmi səfərə gedib ilham vyetnam01
  • Siyasət

İlham Əliyev Vyetnama rəsmi səfərə gedib

User 19 Noyabr 2026 - 18:16
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.