Məhkəmə “Zoom”la ölüm cəzası verdi

- Sinqapurda qəribə olay
20 May 2020 - 13:37

Sinqapur Ali Məhkəməsi ilk dəfə “Zoom” platformasında keçirilən videokonfrans vasitəsilə ölüm hökmü çıxarıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Məhkəmənin rəsmi nümayəndəsi Kuan Tszyan İn məlumat verib.

Ali Məhkəmə 37 yaşlı Malayziya vətəndaşını 2011-ci ildə narkotik qaçaqmalçılığında iştirakına görə ən ağır cəzaya məhkum edib.