Məktəbliyə qarşı qeyri-etik hərəkət edən sürücü həbs olundu

Bakı şəhərində taksi sürücüsünün məktəbliyə qarşı göstərdiyi qeyri-etik davranış polis əməkdaşları tərəfindən araşdırılıb.
AzPost bildirir ki, bu barədə DİN mətbuat xidməti məlumat verib.
Yasamal rayonu ərazisində “BYD” markalı, 77-VK-571 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Emin Oruczadə hazırlığa apardığı şagirdə qarşı etik normalara zidd hərəkətlər etdiyinə görə saxlanılıb və müvafiq qərarla həbs edilib.
Məlumata görə, sürücü azyaşlı yeniyetməyə ondan  xoşu gəldiyini deyib və telefon nömrəsini istəyib.
Uşaqlara qarşı hər hansı mənəvi, fiziki və ya etik zorakılıq yolverilməzdir.
Valideynlər bilməlidir və diqqətli olmalıdır:
 Uşaqları məktəbə və ya hazırlığa göndərərkən istifadə etdiyiniz nəqliyyat vasitələri barədə əmin olun.
 Şübhəli davranışlar müşahidə etdikdə dərhal 102 qaynar xəttinə məlumat verin.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.