Məlahət Mürşüdlü vəfat edib

28 Noyabr 2020 - 11:46

Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının sədr müavini, filologiya üzrə fəlsəfə doktoru Məlahət Mürşüdlü vəfat edib.

Bu barədə ADR sədri Qubad İbadoğlu “Facebook”da bildirib.

Təhsil eksperti, Azad Müəllimlər Birliyinin keçmiş sədri, ADR sədrinin demokratik təsisatlarla iş üzrə müavini, filiolgiya üzrə fəlsəfə doktoru Məlahət Mürşüdlü vəfat edib.

Məlahət Mürşüdlü Əbülfəz Elçibəyin prezident seçkilərində Tovuz rayonunda səlahiyyətli nümayəndəsi olub. O 1992-ci ildə “Təhsil qanunu”nun hazırlanmasında və qəbul edilməsində fəal iştirak edib, onun təkmilləşməsinə və icrasına daimi töhfələr verib.
Məlahət Mürşüdülü 1992-ci ildən 2015-ci ilədək Müsavat partiyasının üzvü olmuş, Məclis üzvü seçilmiş, “Azadlıq ” blokunun vahid namizədi kimi 2005-ci ildə keçirilən parlament seçkilərində iştirak edib.
Məlahət Mürşüdlü Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının yaradıcılarından biri, 2015-ci ildən Hərəkatın İdarə Heyətinin üzvü idi.
Məlahət Mürşüdlü Azərbaycan pedaqoji fikir tarixinin öyrənilməsi, təbliği, təhsilin dünya təhsil sisteminə inteqrasiyası istiqamətində fəaliyyət göstərən tədqiqatçı-ekspert sayılırdı.

Allah rəhmət eləsin!