“Mən qayıtdım!”- Tramp 2 il sonra “Facebook” və “YouTube”da paylaşım etdi

ABŞ-ın keçmiş prezidenti Donald Tramp iki illik qadağadan sonra “Facebook” və “YouTube”a qayıdıb.

Azpost.info xəbər verir ki, hər iki platformadakı paylaşımlarda o, 2016-cı il prezident seçkilərindəki qələbəsinin videosunu yerləşdirib. Videonun sonunda Tramp 2024-cü ildə yeni prezidentlik kampaniyasının “Amerikanı yenidən qüdrətli edəcəyik!” şüarını da əlavə edib.

“Mən qayıtdım! Sizi gözlətdiyim üçün üzr istəyirəm”, – Tramp hər iki paylaşımında yazıb.

Eks-prezidentin “Facebook” və “Instagram” hesabları fevralın əvvəlində bərpa edilib. “Meta”nın qlobal məsələlər üzrə prezidenti Nik Kleq bildirib ki, Tramp qaydaları yenidən pozarsa, iki illik qadağa təhlükəsi ilə üzləşəcək.

“Tviter” hələ 2022-ci ilin noyabrında – platformanın yeni sahibi İlon Maskın bu məsələ ilə bağlı istifadəçi səsverməsi keçirməsindən sonra Trampın hesabını blokdan çıxarmışdı.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.