“Məni xilas etdiniz, müalicəm nəticə verdi” –

Bloqer Mehman Hüseynov təşəkkür etdi
05 Avqust 2020 - 13:47

“Çox sağ olun ki, vaxtında mənə dəstək olub, məni xilas etdiniz”.

Azpost.info bildirir ki, bu sözləri Avropada müalicə olunan bloqer Mehman Hüseynov yazıb.

O bildirib ki, ilkin mərhlədə həkimlər radioterapiya ediblər: “Bu ona görə lazım idi ki, şiş çox böyük idi. Cərrahi müdaxilə etmək mümkün deyildi. Ona görə mənə radioşua verib şişi bir az balacalaşdırmağa çalışırdılar. 1 ay 15 gün şua qəbul elədim. Çox pis təsir edir, amma nəticə verib. Şiş bir az da olsa balacalaşıb”.

M.Hüseynov deyib ki, indi həkimlər ona 20 gün fasilə veriblər: “20 gün ərzində baxacaqlar, əgər şişdə hər hansı bir dəyişiklik olmasa əməliyyat edəcəklər. Mən ayağa qalxacam. Çox sevinirəm ki, bu bəladan canımı qurtaracam. Odur ki, lap azca qalıb, bu ay mənim üçün həlledici aydır. İnanıram ki, yekunda xəstəliyimə qalib gələcəyəm”.