Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

“Mənim səsim” Seçki Monitorinq Mərkəzinin təlimləri davam edir

User 02 Fevral 2024 - 13:44 (Last updated: 21 May 2025 - 20:15)
secki aygun

“Mənim səsim” Seçki Monitorinq Koalisiyası müşahidəçilər üçün təlimlərini davam etdirir. Bu haqda açıqlama verən “Mənim səsim”in təmsilçisi Səidə Qocamanlı bildirib ki, artıq paytaxt Bakı daxil ölkənin bir sıra cənub bölgələrində təlimlər başa çatıb:“Seçkiyə çox qısa zaman qalıb. Hazırlıqlarımız tam sürətlə davam edir.

Koalisiya üzvləri olaraq mən, insan haqları müdafiəçiləri olan həmkarlarım Novella Cəfəroğlu və Səadət Bənənyarlı ilə bərabər bir neçə rayonda təlimlər keçdik. Lənkəran, Cəlilabad, Astara, Lerik, Masallı üzrə təlimlər uğurla tamamlandı. Balakən, Zaqatala, Sumqayıt təlimləri də tamamlanmaq üzrədir. Eyni zamanda Bakıda 140-dan çox müşahidəçilərimizə gərəkli təlimatlar verilib. Koordinatorlarımız, müşahidəçilərimiz hər biri indiyə qədər seçki prosesində iştirak etmiş təcrübəli şəxslər olsalar da, 7 fevral seçkisinin məsuliyyətini hər kəs çox yaxşı dərk edir. “Mənim səsim”-in təlimçiləri Seçki Məcəlləsinin tələblərinə uyğun davranış, monitorinq işinin təşkili haqqında bütün vacib detallar haqqında müşahidəçilərə, koordinatorlara bilgi verib. 500-dən çox müşahidəçimizin hər birinə yaddaş kitabları, eyni zamanda tanınmaları üçün döş nişanları verilib”.

Səidə Qocamanlı medai açıqlamasında seçicilərə də səslənib:“Azərbaycan cəmiyyəti 7 fevral Prezident Seçkisinin ölkəmizin siyasi həyatı, dövlətimizin gələcəyi üçün vacib olduğunun fərqindədir. Bunu ictimai müzakirələr də təsdiq edir. Biz “Mənim səsim” Koalisiyası adından bir daha vətəndaşları seçki günü aktivliyə dəvət edirik. Məntəqələrə gəlmək, səsvermədə iştirak etmək ən nümunəvi vətəndaş davranışıdır. Biz Azərbaycanın modern dövlət, seçki ənənələrinə sadiq ölkə olduğunu 7 fevralda bir daha dünyaya çatdırmalıyıq”.

Səidə Qocamanlı onu da bildirib ki, Koalisiya fevralın 2-də Qərb bölgəsi üzrə müşahidəçilər üçün təlimlərə başlayır.

Post navigation

Previous: İşğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarlar üçün yeni imkan
Next: “Çəkiliş zamanı Yaşar mənim yerimə ağladı…”

Oxşar xəbərlər

arzuxan oqlu
  • Sosial

Xətai məhkəməsi deputatın oğlunun cinayət işinə baxmaqdan imtina edib

User 25 Oktyabr 2026 - 19:54
iran restoran
  • Sosial

Restoran müştəri ilə doludur, amma qazanc yoxdur? – Diqqət etməli 6 xərc

User 25 Oktyabr 2026 - 17:00
kicik biznes
  • Sosial

Süni intellekt kiçik biznesin işini necə dəyişir? – Vaxta qənaət edən 5 tətbiq sahəsi

User 25 Oktyabr 2026 - 16:40

xƏBƏR

saral02
  • Siyasət

Ərdoğanın müşaviri istefasını təsdiqlədi – “Azərbaycanla bağlı açıqlamalarıma görə…”

User 25 Oktyabr 2026 - 20:22
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın baş müşaviri Oktay Saral vəzifəsindən azad edildiyini təsdiqləyib. O, qərarın Azərbaycanla bağlı...
Read more about Ərdoğanın müşaviri istefasını təsdiqlədi – “Azərbaycanla bağlı açıqlamalarıma görə…”
Xətai məhkəməsi deputatın oğlunun cinayət işinə baxmaqdan imtina edib arzuxan oqlu
  • Sosial

Xətai məhkəməsi deputatın oğlunun cinayət işinə baxmaqdan imtina edib

User 25 Oktyabr 2026 - 19:54
Yerə 2 milyard il əvvəl düşən asteroid – Kraterin ölçüsü Azərbaycan boydadır asteroid zerbe
  • Maraqlı

Yerə 2 milyard il əvvəl düşən asteroid – Kraterin ölçüsü Azərbaycan boydadır

User 25 Oktyabr 2026 - 19:47
İran Hörmüzdə yeni qaydalar elan edir – Gəmiçilik necə dəyişəcək? hörmüz boğazı.jpg 2
  • Dünya

İran Hörmüzdə yeni qaydalar elan edir – Gəmiçilik necə dəyişəcək?

User 25 Oktyabr 2026 - 19:24
Ərdoğanın baş danışmanı Oktay Saral istefaya göndərilib? – Azərbaycana görə saral
  • Dünya

Ərdoğanın baş danışmanı Oktay Saral istefaya göndərilib? – Azərbaycana görə

User 25 Oktyabr 2026 - 19:11
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.