Mərkəzi Bank neft və qazın qiyməti ilə bağlı proqnozunu açıqlayıb

Azərbaycan Mərkəzi Bankı neftin orta qiymətini 2024-cü il üzrə 81,4 dollar, 2025-ci il üzrə 79,2 dollar proqnozlaşdırıb.

Bunu bu gün keçirdiyi mətbuat konfransında Mərkəzi Bankın sədri Taleh Kazımov bildirib.

O əlavə edib ki, AMB təbii qazın orta qiymətini bu il üzrə 290 dollar, 2025-ci il üzrə 340 dollar proqnozlaşdırıb.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.