Mərkəzi Banka sənəd təqdim etməyən ASC 1500 manat ödəyəcək

cərimə olunacaq
cərimə olunacaq
Mərkəzi Bank “Bakı Pambıq Əyirmə” Açıq Səhimdar Cəmiyyətini (ASC) cərimələyib.
Qaynarinfo-nun məlumatına görə, ASC rəhbəri barəsində İnzibati Xətalar Məcəlləsinin 548.2-ci maddəsi ilə (İdarəçilik qaydaları əleyhinə olan İnzibati Xətalar) protokol tərtib olunub.
Məlum olub ki, ASC-də 2025-ci ərzində səhmdarların ümumi yığıncağı keçirilib. Həmin yığıncağın protokolunda Mərkəzi Banka sözügedən yığıncağa səhmdar Vəzir Rəcəbovun dəvət edilməsini təsdiq edən sənədlər təqdim olunmayıb.
Məhkəmənin hökmü ilə ASC-nin direktoru Kazımov İlqar İnşallah oğlu inzibati xətanı törətməkdə təqsirli bilinib və 1500 manat məbləğində cərimə edilib.
Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsinə əsasən, “Auditor xidməti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda həyata keçirilməli olan məcburi auditdən yayınmağa görə vəzifəli şəxslər 300 manatdan 600 manatadək, hüquqi şəxslər 1500 manatdan 2500 manatadək məbləğdə cərimə olunub.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.