Məşhur siqaret markalarını istehsal edən şirkət Rusiyanı tərk edir

Britaniyanın “British American Tobacco” şirkəti Rusiyanı və Belarusu tərk edir. 

Azpost.info bildirir ki, bu barədə tütün məhsulları şirkətinin rəsmi açıqlamasında deyilir.

“British American Tobacco” hər iki ölkəni 2023-cü ilin sonuna qədər tərk edəcək. Bu qərar Ukrayna müharibəsi ilə bağlı Rusiyaya qarşı tətbiq olunmuş sanksiya çərçivəsində qəbul edilib.

Şirkət bir neçə tanınmış siqaret brendini istehsal edir. Bu sırada Kent, Vogue, “Yava zolotaya”, Dunhill, Lucky Strike, Rothmans və diəgərləri var. Rusiya KİV-lərinin məlumatına görə, tütün şirkətinin müəssələrində 2,5 min nəfər çalışır.

Azpost.info

 

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.