Məşhur sovet cizgi filmi “Nu, poqodi!”nin yeni versiyası çəkilib –

VİDEO
22 Noyabr 2021 - 10:46

“Soyuzmultfilm” məşhur sovet cizgi filmi olan “Nu, poqodi!”nin yenilənmiş versiyasının ilk treylerini təqdim edib.

Cizgi filminin premyerası bu ilin dekabrına planlaşdırılıb. Bu dəfə dovşanı Dmitri Xrustalyov, Canavarı isə Qarik Xarlamov səsləndirib.

Filmə bir neçə yeni personaj əlavə olunub. Porsuq Tim, kirpi Şu və cüyür Ulya dovşanın dostları olacaq.

Cizgi filminin qəhrəmanları danışmayacaq, lakin bəzən “Nu, poqodi!” kimi qısa ifadələr işlədəcək.