Ərdoğan Nazirlər Kabinetinin iclasını çağırıb –Zəngəzurdakı vəziyyət müzakirə ediləcək

Bu gün Türkiyədə ölkə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Nazirlər Kabinetinin iclası keçiriləcək.

“TRT Haber”in məlumatına görə, iclasda ölkənin daxili və xarici siyasətinə aid bir sıra məsələlər müzakirə ediləcək. Azərbaycan-Ermənistan sərhədində baş verən ən son hadisələr barədə fikir mübadiləsi aparılacaq.

Həmçinin Liviya, Suriya və Şərqi Aralıq dənizindəki son vəziyyət məruzə olunacaq.

Ərdoğan iclasdan sonra mətbuat konfransı keçirəcək və qəbul edilən qərarları ictimaiyyətə açıqlayacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Məşhur sovet cizgi filmi “Nu, poqodi!”nin yeni versiyası çəkilib –

Sonrakı məqalə

Sabiq icra başçısı Alimpaşa Məmmədovun həbs müddəti uzadılıb