Məşhur teleaparıcı Larri Kinq vəfat edib

23 Yanvar 2021 - 17:29
Larry King attends the Friars Club Entertainment Icon Award ceremony honoring Billy Crystal at the Ziegfeld Ballroom on Monday, Nov. 12, 2018, in New York. (Photo by Charles Sykes/Invision/AP)

Məşhur teleaparıcı Larri Kinq 87 yaşında vəfat edib.

Azpost.info bildirir ki, bu barədə onun rəsmi tvitter səhifəsində elan verilib.

Kinq yanvarın 23-də səhər Los-Ancelesdəki qospitalda dünyasını dəyişib. L.Kinq yanvarın əvvəlində koronavirus diaqnozu ilə xəstəxanaya gətirilmişdi.

2019-cu ildə Kinq inarkt keçirmişdi.

Larri Kinqin apardığı tok-şou ABŞ-da və dünyada çox populyardır. CNN-də efirə çıxan bu şou 25 il davam edib. Veriliş Ginnesin rekordlar kitabına düşüb.

Karyerası ərzində Kinq 50 min şəxsdən müsahibə alıb. Bu sırada Putin, Mixail Qorbaçov, ABŞ-ın son 45 ildəki bütün prezidentləri, Tetçer, Martin Lüter Kinq, Mandela, Sinatra, Marlon Brando, Tayson, Pol Makkartni və digələri yer alır.