Mətin Eynullayev Əmlak Məsələləri Dövlət Xidmətinin rəisi təyin edilib –

SƏRƏNCAM
06 May 2021 - 13:44

Mətin Balasən oğlu Eynullayev Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəisi təyin edilib.

Prezident İlham Əliyev bu barədə sərəncam imzalayıb.

Dövlət başçısının digər sərəncamı ilə Mətin Eynullayev Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəis müavini vəzifəsindən azad edilib.