Azərbaycan-Ermənistan sərhədlərinin delimitasiya və demarkasiyası həll olunur” –Lavrovdan mühüm açıqlama

“Müharibəni dayandırıb, sülhməramlı prosesə keçmək, iqtisadi blokadanın aradan götürülməsi, regiondakı bütün nəqliyyat kommunikasiyalarının bərpasına yönəlmək üçün noyabrın 9-da əldə olunan sülh prosesi artıq yarım ildir həyata keçirilir”.

Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov İrəvanda Ermənistanın xarici işlər naziri vəzifəsini icra edən Ara Ayvazyanla danışıqlarının yekununa dair birgə mətbuat konfransında deyib.

“Şübhə etmirik ki, insanlar dinc həyatın sərfəli olduğunu hiss etməyə başlayanda, onlar bir sıra həmkarlarımızın ön plana çıxarmaq istədiyi məsələlərə başqa cür yanaşacaqlar. İndi prosesi siyasiləşdirmək lazım deyil. Proses olduqca çətin gedir. Çünki indi regionun birləşdirilməsi marşrutu, təmas xətti məsələsi, sərhədlərin delimitasiyası və demarkasiyası məsələsi həll olunur. Bu məsələlərin həll olunması vacibdir ki, region azad nəfəs alsın və dinc həyat bərqərar olsun. Kimlər ki, bu prosesi sonraya saxlamaq və əvvəl siyasi müzakirələrlə məşğul olmaq istəyir, məncə, onlar bütün prosesi baş-ayaq qoymaq istəyir. Siyasi prosesləri insanlar normal yaşayandan sonra daha yaxşı müzakirə etmək olar. Necə ki, azərbaycanlılar, ermənilər bir-birləri ilə on illər, yüz illər boyu normal yaşayıblar”, – deyə XİN başçısı vurğulayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Orxan Nəzərli Dövlət Vergi Xidmətinin rəisi təyin edilib

Sonrakı məqalə

Mətin Eynullayev Əmlak Məsələləri Dövlət Xidmətinin rəisi təyin edilib –