Məzahir Pənahov:

“Təşviqat mərhələsində 5 namizədə ciddi xəbərdarlıq etmişdik”
08 Fevral 2020 - 17:23

“Seçkilərin təşviqat mərhələsində 5 namizədə ciddi xəbərdarlıq etmişdik”.

APA-nın məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən mətbuat konfransında bildirib.

MSK sədri deyib ki, xəbərdarlığa əməl olunmasaydı, növbəti mərhələdə Baş Prokurorluğa müraciət olunacaqdı: “Xoşbəxtlikdən bu baş vermədi”.

Azərbaycanda növbədənkənar parlament seçkiləri fevralın 9-da keçiriləcək.