Məzar bərpaçısı Ağdamda minaya düşərək ölüb –

FOTO
17 İyun 2021 - 10:13

Ağdamda 10 gündən çoxdur itkin düşən 43 yaşlı kişinin minaya düşdüyü məlum olub.

İtkin düşən Ağdam rayon sakini Cəsarət Hətəmxanov Ağdamın işğaldan azad olunan Seyidli kəndi ərazisində minaya düşərək həlak olub. Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları C. Hətəmxanovun meyitini ərazidən götürmək üçün tədbilər həyata keçirir.

Qeyd edək ki, Ağdamın Seyidli kənd sakini C.Hətəmxanov Quzanlı qəsəbəsində məzar daşlarının bərpası sexində sürücü işləyib. İşlədiyi məzar daşlarının bərpası sexindən növbəti qəbir daşını düzəltmək üçün gedib və geri qayıtmayıb. Bir müddət sonra isə o yaxınları əlaqə saxlayaraq Seyidlidə olduğunu bildirib. Ondan sonra isə C. Hətəmxanovla əlaqə itib.
Faktla bağlı Ağdam Rayon Polis Şöbəsinə məlumat verilib. ANAMA, DİN və Müdafiə Nazirliyinin əməkdaşları işğaldan azad olunan ərazilərdə onun axtarışına cəlb olunub. (APA)