Mədə qastriti və ilkin əlamətləri- Nələri bilmək vacibdir?

Klassik qastrit özünü yemək zamanı və ya yeməkdən sonra cüzi diskomfort, qarın nahiyəsində ağırlıq və mədə yanması ilə büruzə verir.

Azpost.info xəbər verir ki, həkimlərin dediyinə görə, bu cür əlamətlər xəstələr tərəfindən çox vaxt gözardı edilir. Çünki onlar həmin an ciddi sağlamlıq problemləri yaşamır.

“Qastritin əsas simptomları yoxdur. Klassik qastritdə mədənin iltihabı var və selikli qişa məhv edilir. Sonra heç bir ağrı olmur və ümumiyyətlə, hər şey qaydasında olur. Sadəcə yemək zamanı və ya sonra bir az narahatlıq yaranır”, – həkimlər bildirir.

Əgər iltihab mədənin pozulmasına gətirib çıxarıbsa, onda ağırlıq və erkən doyma hissi yaranır: “İnsan az yemiş olsa da, ona sanki bir fil udmuş kimi gəlir. Və ya əksinə, yeyir, yeyir, amma doyma yoxdur. Yaxud qarının yuxarı hissəsində yanma hissi var”.

Qastritin yaranmasının əsas səbəbləri arasında qidalanma durur. Zəif çeynənmiş yemək, tələsik yeyilən yemək, quru, çox isti, çox soyuq, ədviyyatlı və çox duzlu yeməklər mədəyə zərər verir. Nəticədə selikli qişa infeksiyanın (helikobakterioz) təsirinə həssas olur.

Xroniki qastrit bu gün ən çox yayılmış xəstəliklərdən biridir. Şəhərlərin əhalisinin 50 faizinə bu diaqnoz qoyulur. Mövsümi kəskinləşmədən qaçmaq və ya onun təzahürlərini minimuma endirmək mümkündür. Bunun üçün ilk növbədə sağlam həyat tərzi qaydalarına riayət etmək vacibdir. Bu da əsasən düzgün qidlanmadan, immunitet və sinir sistemini gücləndirməkdən, fiziki fəaliyyətdən, alkoqol və zərərli məhsulları məhdudlaşdırmaqdan keçir.

Azpost.info

Əvvəlki məqalə

Naxçıvanda İranla sərhəddə hər hansı dəyişiklik baş verməyib –

Sonrakı məqalə

Ermənistanın müdafiə naziri istefaya göndərilir