Mədəniyyət naziri Anar Kərimov koronavirusa yoluxub

Mədəniyyət naziri Anar Kərimov koronavirusa (COVID-19) yoluxub.

Bu barədə APA-ya Mədəniyyət Nazirliyindən bildirilib.

Qeyd olunub ki, ondan yeni növ koronavirus (COVID-19) infeksiyası üçün götürülən analiz nümunələrinin nəticəsi müsbət çıxdığından o, bir müddətdir karantinə alınıb.

Qeyd edək ki, COVID-19 virusuna yoluxan Anar Kərimov 16 aprel 2021-ci il tarixindən müalicə olunur və hazırda vəziyyəti stabildir.

Nazirlikdən Anar Kərimovla yaxın təmasda olan Mədəniyyət Nazirliyinin əməkdaşlarının da qaydalara uyğun olaraq karantinə alındığı və bir müddətdir fəaliyyətlərini məsafədən həyata keçirdikləri bildirilib.(APA)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Vətən müharibəsində 5 ay əvvəl şəhid olan əsgər dəfn edilib –

Sonrakı məqalə

Avropa Superliqasından daha 2 klub imtina edib