Mədəniyyət Nazirliyi Kukla Teatrında yoxlamalara başlayıb

Mədəniyyət Nazirliyi Abdulla Şaiq adına Kukla Teatrında yoxlamalara başlayıb.

Bu barədə APA-ya Teatrın mətbuat xidmətindən bildirilib.

Qeyd olunub ki, nazirin noyabrın 18-də mədəniyyət nazirinin əmrinə müvafiq olaraq, yoxlamalar noyabrın 21-dən başlayıb, nə vaxt yekunlaşacağı isə hələ məlum deyil.

“Yoxlamanın məqsədi barədə məlumatımız yoxdur”, – məlumatda deyilir.

Məsələ ilə bağlı Mədəniyyət Nazirliyinə sorğu göndərsək də, nazirlikdən cavab verilməyib.

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.