Tokayevin andiçmə mərasiminin vaxtı açıqlandı

Qazaxıstanın seçilmiş prezidenti Kasım-Jomart Tokayevin andiçmə mərasimi noyabrın 26-da keçiriləcək.

Azpost.info xəbər verir ki, bu barədə TASS ölkənin Mərkəzi Seçki Komissiyasına istinadən məlumat yayıb.

“Prezident Kasım-Jomart Tokayevin andiçmə tarixi noyabrın 26-da baş tutacaq”, – Qazaxıstan Mərkəzi Seçki Komissiyasının sədri Nurlan Abdirov deyib.

Məlumata görə, Tokayev 81,31 faiz səs toplayıb. Eyni zamanda, seçici fəallığı 69,44 faiz təşkil edib.

Noyabrın 20-də Qazaxıstanda növbədənkənar prezident seçkiləri keçirilib. Seçilmiş prezidentin səlahiyyət müddəti 7 il olacaq.

Azpost.info

Əvvəlki məqalə

Avropa Parlamenti “Vaqner”i terror təşkilatı kimi tanımağa çağırıb

Sonrakı məqalə

Mədəniyyət Nazirliyi Kukla Teatrında yoxlamalara başlayıb