Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Mədəniyyət

Mədəniyyətlə bağlı qanunlar müasir çağırışlara cavab vermir –

User 10 Dekabr 2025 - 16:42 (Last updated: 10 Dekabr 2025 - 16:42)
medeniyet

Qanunların əksəriyyəti 20–25 il əvvəl qəbul edilib və müasir çağırışları tam əks etdirmir.

APA xəbər verir ki, bunu Mədəniyyət Nazirliyinin Hüquq şöbəsinin müdiri Gülər Mikayılova Bakıda ilk dəfə keçirilən “Mədəniyyət və hüquq: Müasir Çağırışlar” Forumunda “Mədəniyyət və Hüquq” panel müzakirəsi zamanı deyib.

O qeyd edib ki, “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında”, “Kinematoqrafiya haqqında” və “Kitabxana işi haqqında” qanunları 1998-ci ildə qəbul edilib və zamanın tələbləri ilə uzlaşmır.

“Mövcud qanunvericilikdə müxtəlif sahələr üzrə paralel tənzimləmə normaları pərakəndəlik yaradır. “Azərbaycan folkloru nümunələrinin hüquqi qorunması haqqında”, “Azərbaycan xalça sənətinin qorunması və inkişaf etdirilməsi haqqında”, “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” və “Muzeylər haqqında” qanunlarda folklor, xalça sənəti, muzey fəaliyyəti ayrı-ayrılıqda tənzimlənir. Bu münasibətlərin müxtəlif normativ hüquqi aktlar üzrə bölünməsi mədəniyyət sahəsində hüquqi tənzimləmənin pərakəndə və sistemsiz xarakter almasına səbəb olur”, – Gülər Mikayılova bildirib.

Şöbə müdiri onu da vurğulayıb ki, Azərbaycanın “Qeyri-maddi mədəni irsin qorunması haqqında” UNESCO Konvensiyasına 2006-cı ildən qoşulmasına baxmayaraq, tələblərə zidd olaraq qeyri-maddi mədəni irsin qorunması sahəsində vahid milli hüquqi tənzimləmə mövcud deyil: “Bir çox normativ aktların icrası üçün alt-mexanizmlər və icra standartları yetərincə dəqiq müəyyən edilməyib. “Teatr və teatr fəaliyyəti haqqında” Qanunun konseptual müddəaları mövcud praktika ilə tam uzlaşmır. Belə ki, Qanunda teatr sahəsində prodüser fəaliyyətinə dair tələblər nəzərdə tutulsa da, “Teatr, konsert, sirk müəssisələrində olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”nda prodüser vəzifəsi ümumiyyətlə göstərilmir ki, bu da hüquqi idarəetmə və əməyin normativ təsnifatı arasında uyğunsuzluq yaradır”.

AzPost.az

Post navigation

Previous: Anasının kartından pul oğurlayıb arvadına göndərən şəxs saxlanılıb
Next: Bankdan 8 milyon dollar oğurlayan şəxs 58 ildir tapılmır –

Oxşar xəbərlər

musa02
  • Mədəniyyət

Kitab Sərgisində Musa Yaqubun “Gül bağçası” kitabı təqdim olundu

User 23 Oktyabr 2026 - 13:11
herrac sotb
  • Mədəniyyət

Pikassonun 4 rəsm əsəri hərraca çıxarılır: Ən bahalısı 20 milyon dollara

User 22 Oktyabr 2026 - 17:25
44 filmi teqdimat
  • Mədəniyyət

Bakıda “44” bədii filminin premyerası olub

User 13 Oktyabr 2026 - 10:00

xƏBƏR

arzuxan oqlu
  • Sosial

Xətai məhkəməsi deputatın oğlunun cinayət işinə baxmaqdan imtina edib

User 25 Oktyabr 2026 - 19:54
Bakıda kafedəki kütləvi dava ilə bağlı deputat Arzuxan Əlizadənin oğlu Əhməd Əlizadəyə qarşı Cinayət Məcəlləsinin 6 maddəsi...
Read more about Xətai məhkəməsi deputatın oğlunun cinayət işinə baxmaqdan imtina edib
Yerə 2 milyard il əvvəl düşən asteroid – Kraterin ölçüsü Azərbaycan boydadır asteroid zerbe
  • Maraqlı

Yerə 2 milyard il əvvəl düşən asteroid – Kraterin ölçüsü Azərbaycan boydadır

User 25 Oktyabr 2026 - 19:47
İran Hörmüzdə yeni qaydalar elan edir – Gəmiçilik necə dəyişəcək? hörmüz boğazı.jpg 2
  • Dünya

İran Hörmüzdə yeni qaydalar elan edir – Gəmiçilik necə dəyişəcək?

User 25 Oktyabr 2026 - 19:24
Ərdoğanın baş danışmanı Oktay Saral istefaya göndərilib? – Azərbaycana görə saral
  • Dünya

Ərdoğanın baş danışmanı Oktay Saral istefaya göndərilib? – Azərbaycana görə

User 25 Oktyabr 2026 - 19:11
Azərbaycanlı güləşçisi beşqat dünya çempionu oldu gules
  • İdman

Azərbaycanlı güləşçisi beşqat dünya çempionu oldu

User 25 Oktyabr 2026 - 19:02
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.