Məhəmməd Əmin Rəsulzadənin məzarının abadlaşdırılmasına başlanılıb

Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən olan Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 140 illiyinin qeyd olunması ilə Sərəncam imzalamışdır.

Bu barədə Azərbaycanın Türkiyədəki səfirliyinin məlumatında bildirilib.

Qeyd edilib ki, Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı Səfirliyi dövlət başçısının Sərəncamını əsas tutaraq görkəmli ictimai-siyasi xadimin Ankara şəhərindəki Cəbəci Əsri məzarlığında yerləşən məzarının abadlaşdırılmasına başlamışdır.

“Həyata keçirilən fəaliyyət Türkiyənin müvafiq dövlət qurumları ilə koordinasiyalı şəkildə həyata keçirilir və M.Ə.Rəsulzadənin vəfat ildönümü olan 6 mart tarixinə qədər yekunlaşması nəzərdə tutulur”, – məlumatda deyilir.

 

Əvvəlki məqalə

“Teleqram” kanallarının sahibləri reklam gəlirlərinin 50 faizini alacaqlar

Sonrakı məqalə

Paşinyan KTMT-dən çıxmaqla hədələyib