Məhkəmə Ələsgər Məmmədlinin ev dustaqlığı məsələsinə baxacaq

Aprelin 24-də Bakı şəhər Xətai Rayon Məhkəməsində Toplum TV-nin hüquqi təsisçisi Ələsgər Məmmədlinin ev dustaqlığı məsələsinə baxılacaq.

Bu barədə Amerikanın Səsinə Ələsgər Məmmədlinin qardaşı Nəsimi Məmmədli bildirib.

Onun sözlərinə görə, Ələsgər Məmmədlinin səhhəti pisləşib.

“Məndə olan məlumata görə, təcridxanada boğulma hissləri daha da artıb”, o qeyd edib.

Martın 9-da Bakı şəhəri Xətai Rayon Məhkəməsi Toplum TV-nin təsisçisi Ələsgər Məmmədli barəsində 4 aylıq həbs qətimkan tədbiri seçib. O, qaçaqmalçılıqda ittiham olunur.

Əvvəlki məqalə

“Cənubi Qafqazda ayırıcı xətlər çəkmək üçün bəzi cəhdlər göstərilir” –

Sonrakı məqalə

“Qapılarımızı hərc-mərclik yaradanların üzünə bağlı saxlamalıyıq” –