Məhkəmə -Hüquq Şurası arvadını öldürən hakimlə bağlı qərar qəbul edib

Bu gün Məhkəmə-Hüquq Şurasının videokonfrans formatında iclası keçirilib.

Məhkəmə-Hüquq Şurasından verilən məlumata görə, iclasda Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi Fəqan Əhmədov barədə cinayət təqibinin həyata keçirilməsinə razılıq verilməsinə dair Azərbaycan Respublikası Baş prokurorunun təqdimatına baxılıb.

İclasda iştirak edən Baş prokurorun birinci müavini Elçin Məmmədov məlumat verib ki, Pərvanə Əhmədovanın qətli ilə bağlı Baş Prokurorluq tərəfindən başlanılmış cinayət işi üzrə toplanmış materiallara əsasən, onun əri, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi Fəqan Əhmədov şübhəli şəxs qismində tutulub və barəsində cinayət təqibinin həyata keçirilməsinə razılıq verilməsi üçün Şuraya müraciət edilib.

Hazırda cinayətin törədilmə səbəbi, şəraiti və iş üzrə digər mühüm hallar araşdırılır.

Məhkəmə-Hüquq Şurasının iclasında təqdimatın təmin edilməsi qərara alınıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Azərbaycanda son sutkada 92 nəfər koronavirusa yoluxub

Sonrakı məqalə

Leyla Əliyeva nərə balıqlarının suya buraxılması mərasimində iştirak edib –