Məhkəmə Köçəryanın Paşinyana qarşı iddiasını rədd etdi

Məhkəmə Ermənistanın keçmiş prezidenti Robert Köçəryanın ölkənin Baş naziri Nikol Paşinyana qarşı iddiasını rədd edib.

Azpost.info xəbər verir ki, bu barədə “Sputnik Armenia” məlumat yayıb.

Məhkəmə Paşinyanın 2021-ci il martın 1-də İrəvanda “Respublika” meydanındakı çıxışının siyasi olduğuna və təqsirsizlik prezumpsiyası prinsiplərini pozmadığına qərar verib.

“Çıxış zamanı cavabdeh konkret şəxsin adını çəkməyib, ona görə də təqsirsizlik prezumpsiyası pozulmayıb və mənəvi zərərin ödənilməsi tələbləri əsassızdır”, – hakim bildirib.

Köçəryan Paşinyana qarşı 2021-ci il aprelin 7-də iddia qaldırıb. İddiaya səbəb Baş nazirin 1 mart 2021-ci il mitinqində verdiyi açıqlamalar olub. Eks-prezidentin vəkillərinə görə, Paşinyan çıxışında ad çəkmədən Köçəryandan danışaraq deyib ki, 2008-də ordunu öz xalqına qarşı çıxaranlar indi eyni addımı atmaq istəyirlər.

Vəkillər eks-prezidentin xeyrinə 5 min dolların geri alınmasını və Paşinyandan təkzib tələb edirdilər.

Azpost.info

Əvvəlki məqalə

Sərmayə qoy, 10 illik viza “qazan”!

Sonrakı məqalə

Kəlbəcər və Laçında 804 km yol qardan təmizlənib – VİDEO