Sərmayə qoy, 10 illik viza “qazan”!- Qırğızıstan əcnəbilərə "yaşıl işıq" yandırdı

Qırğızıstan parlamenti xarici sərmayəçilər üçün viza rejiminin əhəmiyyətli dərəcədə sadələşdirilməsini nəzərdə tutan qanun layihəsini təsdiqləyib.

Azpost.info xəbər verir ki, bu barədə Qırğızıstan parlamentinin mətbuat xidməti məlumat yayıb.

Qanuna əsasən, ən azı 10 milyon som (117,6 min ABŞ dolları) investisiya ilə əcnəbi vətəndaş və ya vətəndaşlığı olmayan şəxs 5 il müddətinə viza almaq hüququna malikdir. Əcnəbi və ya vətəndaşlığı olmayan şəxs Qırğızıstan iqtisadiyyatına 20 milyon som (təxminən 235 min dollar) sərmayə qoyarsa, o, 10 il müddətinə vizaya arxalana bilər.

Qanun layihəsi parlamentin bir qrup deputatı tərəfindən hazırlanıb və onların fikrincə, yenilik ölkənin iqtisadi inkişafına töhfə verəcək. Sənəd prezident Sadır Cəfərov tərəfindən imzalandıqdan sonra rəsmi olaraq qüvvəyə minəcək.

Hazırda Qırğızıstan vizasının maksimum etibarlılıq müddəti bir ildir.

Azpost.info

Əvvəlki məqalə

Ceyhun Bayramov Blinkenin köməkçisi ilə danışdı

Sonrakı məqalə

Məhkəmə Köçəryanın Paşinyana qarşı iddiasını rədd etdi