Məhkəmə Robert Koçaryanın ölkəni tərk etməsinə icazə verib

Ermənistanda məhkəmə sabiq prezident Robert Koçaryanın beş gün müddətinə ölkə xaricinə səfər etməsinə icazə verib. 

 “Sputnik Armenia”yanın verdiyi xəbərə görə, hakim Anna Danibekyan eks-prezidentin ölkədən çıxışına qoyulan məhdudiyyəti müvəqqəti olaraq götürüb. 

Məhkəmənin qərarına əsasən, R. Koçaryan 3-8 fevral tarixlərində Ermənistanı tərk edə bilər.

Xatırladaq ki, 2018-ci il iyulun 26-da Ermənistan Xüsusi İstintaq Xidməti 2008-ci il 1 mart tarixindəki etiraz aksiyalarının dağıdılmasına dair cinayət işi çərçivəsində sabiq prezident R. Koçaryana konstitusional quruluşunu devirmək ittihamı irəli sürüb. Bu cinayət işi ilə bağlı KTMT-nin keçmiş baş katibi Yuri Xaçaturov, keçmiş müdafiə naziri Seyran Ohanyan və prezident administrasiyasının keçmiş rəhbəri Armen Gevorgyana da ittihamlar irəli sürülüb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Mingəçevirdə Kürdə batan şəxslərin axtarışı davam edir –

Sonrakı məqalə

Prezident “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”i təsdiqlədi –