Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

“Məktəbdə istilik odun sobaları ilə həyata keçirilir” –

User 08 Dekabr 2025 - 17:50 (Last updated: 08 Dekabr 2025 - 17:50)
odun sobasi

Şirvan-Salyan Regional Təhsil İdarəsi tabeliyində olan təhsil müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi, müasir avadanlıqlarla təmin olunması, yeni binaların tikilməsi və mövcud binaların təmir edilməsi İdarənin əsas prioritetləri arasındadır.

Bu barədə APA-nın sorğusuna cavab olaraq İdarədən məlumat verilib.

“Salyan rayonu Yuxarı Noxudlu kəndi tam orta ümumtəhsil məktəbinin mövcud vəziyyətindən xəbərdarıq. Adıçəkilən təhsil müəssisəsinin təmiri və tikintisi ilə bağlı məsələ qeydiyyata alınıb. Qeyd edirik ki, təhsil müəssisələrinin təmiri və tikintisi növbəlilik və prioritetlik əsasında həyata keçirilir. Hazırda təhsil müəssisəsinin istilik təchizatı müvəqqəti olaraq odun sobaları ilə həyata keçirilir. Yuxarı Noxudlu məktəbi də daxil olmaqla yaxın günlərdə 5 təhsil müəssisəsinin mavi yanacaqla təchizatı başa çatacaq və istilik təchizatı mərkəzləşdirilmiş qaydada həyata keçiriləcək. Təhsil müəssisələrinin mütəmadi olaraq qazla təchiz edilməsi, cari və əsaslı təmirə ehtiyacı olan müəssisələrin müəyyənləşdirilməsi və bu sahədə müvafiq tədbirlərin görülməsi Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin ciddi nəzarətindədir”, – məlumatda qeyd olunub.

Qeyd edək ki, dekabrın 5-i sözügedən məktəbdə 20 nəfər (14 şagird, 6 əməkdaş) məktəbi qızdırmaq üçün istifadə olunan yanacağın tüstüsündən zəhərlənərək xəstəxanaya yerləşdirilib. İlkin tibbi yardım göstərildikdən sonra onların hər biri evə buraxılıb.

AzPost.az

Post navigation

Previous: Doktorantların nəzərinə
Next: İlham Əliyev Slovakiyaya rəsmi səfərə gedib

Oxşar xəbərlər

Milliön
  • Sosial

MilliÖn-dən 500 manatdan çox ödəniş edənlər üçün -Şəxsiyyət təsdiqi tələb olunacaq

User 16 Noyabr 2026 - 22:01
Pensiya
  • Sosial

Ehtiyac meyarı niyə 314 manat olmalıdır? – İqtisadçıdan hökumətə çağırış

User 16 Noyabr 2026 - 20:13
qadinlarherbi
  • Sosial

Veteranların 80 manatlıq təqaüdü artırılacaqmı? – Nazirlikdən Azpost.info-ya rəsmi cavab

User 16 Noyabr 2026 - 17:05

xƏBƏR

memur33
  • Media

Azərbaycanda QHT-lər yenidən qeydiyyata alınacaq

User 17 Noyabr 2026 - 00:23
Azərbaycanda yerli QHT-lər və xarici QHT-lərin filial və ya nümayəndəlikləri qanunvericiliyə ediləcək dəyişikliklərlə əlaqədar yenidən dövlət qeydiyyatına...
Read more about Azərbaycanda QHT-lər yenidən qeydiyyata alınacaq
İlham Əliyev Milli Dirçəliş Günü münasibəti ilə paylaşım edib ilham dircelis
  • Siyasət

İlham Əliyev Milli Dirçəliş Günü münasibəti ilə paylaşım edib

User 17 Noyabr 2026 - 00:10
Bu gün Azərbaycanda Milli Dirçəliş Günüdür lenin02
  • Baş Yazı

Bu gün Azərbaycanda Milli Dirçəliş Günüdür

User 17 Noyabr 2026 - 00:06
Hikmət Hacıyev Avropa İttifaqının xüsusi nümayəndəsi ilə görüşüb hikmet qrono
  • Siyasət

Hikmət Hacıyev Avropa İttifaqının xüsusi nümayəndəsi ilə görüşüb

User 17 Noyabr 2026 - 00:04
Yaşlı insanlar niyə daha çox üşüyür? – araşdırma usutme
  • Maraqlı

Yaşlı insanlar niyə daha çox üşüyür? – araşdırma

User 16 Noyabr 2026 - 23:51
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.