Məktəblər nə vaxt açılacaq? –Nazir müavini aydınlıq gətirdi

“Məktəblərin açılması məsələsi epidemioloji vəziyyətdən asılıdır”.

Bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Səhiyyə nazirinin müavini Viktor Qasımov deyib.

Onun sözlərinə görə, Operativ Qərargahın qaydaların yumşaldılması ilə bağlı qərarlarından asılı olaraq bu məsələyə də baxılacaq. Qasımov deyib ki,qrup halında məşğələlərdə 10 nəfərdən çox şəxs olmamalıdır.

TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı isə bildirib ki, fərdi kursların fəaliyyəti ilə bağlı da qaydalar hazırlanacaq. (APA)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Azərbaycanda koronavirusa yoluxmanın 52,1 faizi Bakının payına düşür

Sonrakı məqalə

“Xəstələr koronavirusun bütün simptomları sağalandan sonra evə buraxılır”-