“Məktəbli formalarında dəyişiklik nəzərdə tutulmur” –Emin Əmrullayev

Emin Əmrullayev
Emin Əmrullayev

Müvafiq qaydalarla tənzimlənən nümunəvi məktəbli formaları mövcuddur və bu qaydaların dəyişdirilməsi ilə bağlı hazırda gündəmdə hər hansı məsələ yoxdur.

Bunu jurnalistlərə müsahibəsində elm və təhsil naziri Emin Əmrullayev deyib. O bildirib ki, ayrı-ayrı məktəblər öz təşəbbüsləri ilə bu formaları müəyyən qədər dəyişmək hüququna malikdirlər: “Yəni bu, ölkədə fəaliyyət göstərən bəzi məktəblərdə fərqli şəkildə tətbiq oluna bilər. Amma bu, mərkəzləşdirilmiş şəkildə, yəni bütün məktəblər üzrə formaların rəsmi olaraq dəyişdirilməsi anlamına gəlmir. Hazırda məktəbli formalarında dəyişiklik nəzərdə tutulmur”.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.