“Mən artıq getməkdə olan prezidentəm” –Lukaşenko

Belarus lideri Aleksandr Lukaşenko özünü “hakimiyyətdən getməkdə” olan prezident hesab etdiyini bildirib.

AzPost-un məlumatına görə, Lukaşenko bunu 7-ci ÜmumBelarus Xalq Assambleyasında nümayəndələrin suallarını cavablandırarkən bildirib.

O, vəzifədə olduğu müddətdə yaranan problemləri gələcək nəsillərə ötürmək niyyətində olmadığını bəyan edib.

Belarus liderinin sözlərinə görə, hər nəsil üzləşdiyi çətinlikləri müstəqil şəkildə həll etməlidir. O, hazırkı dövrün problemlərinin mövcud liderlər tərəfindən həll edilməli olduğunu vurğulayıb.

“Mən getməkdə olan prezidentəm və bunu tez-tez deyirəm. Mənim vəzifədə olduğum müddətdə yaranan problemlərin gələcək nəsillərə ötürülməsini istəmirəm”, – deyə Lukaşenko bildirib.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.