Bir günə tikilən karton ev –FOTOLAR

Niderlandın “Fiction Factory” şirkəti yüksək möhkəm preslənmiş kartondan istifadə edilən yığcam evlərin hazırlanması üzrə ixtisaslaşıb.

Bir əsrlik ömrü olan ev cəmi 24 saat ərzində tikilə bilər.

Hazırda evlər yalnız Avropanın müəyyən bölgələrində satılır, orada onların arxasında növbələr yaranır. Evin çərçivəsi 24 qat kartonla bükülüb.

Holland dilindən Wikkelhouse (sarğı evi) kimi tərcümə olunan ev dərin təməllərə ehtiyac duymur. Ümumi çəkisi cəmi 3 ton olan evin dəyəri 30 min avrodur.

Azpost.info

Əvvəlki məqalə

“Məqsədimiz Ukraynadakı anti-Rusiya anklavını aradan qaldırmaqdır” –

Sonrakı məqalə

Türkiyə Futbol Federasiyasının binasına atəş açanlar tutulub