Güclü zəlzələdən sonra Mərakeş hökuməti yalnız dörd “dost ölkədən” – İspaniya, Qətər, Böyük Britaniya və Birləşmiş Ərəb Əmirliklərindən kömək qəbul etməyə hazır olduğunu açıqlayıb.
Azpost.info xəbər verir ki, bunu ölkənin Daxili İşlər Nazirliyindən bildiriblər.
Adları çəkilən dövlətlərin xilasetmə xidmətlərinin nümayəndələri artıq Mərakeş krallığından olan həmkarları ilə əlaqə saxlayıblar.
Zəlzələdən zərər çəkmiş Mərakeşə bir çox ölkələr, o cümlədən ABŞ, Almaniya, eləcə də Avropa İttifaqı yardım təklif etmişdi.
Son məlumatlara görə, Mərakeşdə baş verən zəlzələ nəticəsində azı 2122 nəfər ölüb, 2421 nəfər yaralanıb. Bir gün əvvəl faciə ilə əlaqədar Mərakeş kral məhkəməsi ölkədə üç günlük matəm elan edib.
Azpost.info