Mərhum jurnalist Fuad Musazadənin doğum günüdür –FOTO

Bu gün mərhum gənc jurnalist Fuad Musazadənin doğum günüdür.

Əgər 1 il 9 ay öncə, baş verən mənfur yol qəzası, onu həyatdan ayırmasaydı, hər kəsin  gülərüzlü, mehriban və pozitiv bir insan, isdedadlı jurnalist kimi tanıdığı  Fuad Musazadə bu gün 33 yaşına qədəm qoyacaqdı…

O, yaxşı dost, əzmkar və qayğıkeş övlad, insanları sevən və insan əxlaqi prinsiplərini hər şeydən üstün tutan peşəkar jurnalist idi.
Olduğu hər yerdə öz maraqlı söhbətləriylə diqqət mərkəzində olan Fuad, əhatəsindəki insanların  üzünü güldürməyi və xoş ovqat yaratmağı çox yaxşı bacarırdı.
Bəlli ki, sahib olduğu fərdi  keyfiyyətləri  Fuad Musazadəni daima məğrur və pozitiv edirdi.
Səmimi, xeyirxah, əzmkar və başarılı…
Bəli, 31 yaşlı gənc jurnalis Fuad Musazadənin əziz xatirəsi yaddaşlara məhz belə yazıldı…
Fuad  Musazadə öz ailəsinin yeganə övladı, fəxri və dayağı idi.

Fuad Şahin oğlu Musazadə 11.07.1988- cı il tarixində Bakı şəhərində anadan olub və orta  təhsilini Bakı Türk Anaddolu liseyində alıb. Əla qiymətlərlə oxuduğu 11 illik orta təhsildən sonra o,  Azərbaycan Dillər Universitetinin Beynəlxalq Münasıbətlər fakültəsinin bakalavr və ardınca isə eyni fakülənin magistir pilləsini qırmızı diplomla bitirib. İTV-nin  Hüquq və beynəlxalq əlaqələr departamentdə koordinator vəzifəsində iş fəaliyyətinə başlayan isdeadlı jurnalist, sonrakı bir neçə illər ərzində Evroviziya mahnı yarışmasında Azərbaycan nümayəndə heyətinin mətbuat katibi olub. Daha sonra Evromediya, MQP- da hüquqşünas ve beynəlxalq əlaqələr üzrə  mütəxəssis, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin ictimaiyyətlə əlaqələr sektor müdiri vəzifəsində işləyən Fuad Musazadə, nəhayət, son fəaliyyətini Azərbaycan Televiziyasında davam etdirmişdi.

İsdedadlı gənc jurnalist Fuad Musazadənin təbəssümlü çöhrəsi və xoş emosiyaları onu sevənlərin unudulmaz xatirələrlərində daim yaşayacaqdır. Özünəməxsus müsbət obrazıyla yaddaşlara yazılan gənc jurnalistin xoş xatirəsi bu gün onu sevənlərin yeganə təsəllisidir.

Qeyd edək ki, Fuad Musazadə 19 sentyabr 2019-cu ildə Sumqayıt şəhərinin Yeni Yaşma qəsəbəsi ərazisində keçirdiyi avtoqəza nəticəsində dünyasını dəyişib.

Allah rəhmət eləsin!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Şeyxülislam və din xadimləri Şuşada Gövhər Ağa məscidində namaz qılıblar

Sonrakı məqalə

“Böyük final Günü” –