Şeyxülislam və din xadimləri Şuşada Gövhər Ağa məscidində namaz qılıblar-FOTOLAR

Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə və ölkədəki dini konfessiya rəhbərləri Şuşa şəhərinə səfəri davam edir.

Səfər iştirakçıları Yuxarı Gövhər Ağa məscidini ziyarət ediblər, məsciddə Sübh namazı qılıb, dualar ediblər.

 

Qeyd edək ki, səfərdə QMİ sədri, Şeyxülislam Allahşükür Paşazadə, idarənin Qazılar Şurasının üzvləri, Azərbaycandakı Dağ yəhudiləri icmasının rəhbəri Milix Yevdayev, Bakıdakı Avropa yəhudiləri icmasının rəhbəri Aleksandr Şarovski, Roma-Katolik Kilsəsinin Azərbaycandakı ordinarisi Vladimir Fekete, Alban udi dini icmasının rəhbəri Robert Mobili, Pravoslav kilsəsinin nümayəndələri və Milli Məclisin deputatları iştirak edirlər.(APA)

 

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Rusiya axtarışda olan Azərbaycan vətəndaşını Almaniyaya təhvil verib

Sonrakı məqalə

Mərhum jurnalist Fuad Musazadənin doğum günüdür –