“Mərkəzi Bank absurd və ağlasığmaz qərar qəbul edib” –Ekspertdən etiraz

Mərkəzi Bank
“Mərkəzi Bank yeni absurd qərar qəbul edib. Banklara göstəriş verilib ki, müştərinin pulu hansı valyuta hesabındadırsa yalnız həmin valyuta ilə çıxarış ola bilər”.
Azpost.info bildirir ki, bu barədə ekspert Osman Gündüz məlumat verib.
Onun sözlərinə görə, bankdan bildiriblər ki, bu bankdan manatla pul alanlar yalnız başqa bir banka, yaxud filiala yaxınlaşıb valyutaya çevirə bilərlər.
“Biz bank sistemində çox mühafizəkar qərarlar görmüşük, beləsi heç olmamışdı. Öz hesabında olan bir vəsaitin adi bir konvertasiyasına məhdudiyyət qoymaq, sadəcə ağlasığmazdır”-deyə ekspert bildirib.
“Ümid edirəm açıq bankçılıqdan, rəqəmsal transformasiyadan danışanlar baş verənlərin fərqindədirlər”.
Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.