Mərkəzi Bank üç kredit ittifaqının lisenziyasını ləğv edib

Azərbaycanda üç kredit ittifaqının lisenziyası ləğv edilib.

Bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir. Məlumata görə, bunlar “Amin Kredit İttifaqı”, “Abbas Kredit İttifaqı” və “Azərmaliyyə Kredit İttifaqı”dır. Bununla da ölkədə lisenziyası olan kredit ittifaqlarının sayı 36-ya enib.

Qeyd edək ki, 2024-cü ildə ləğv edilən kredit ittifaqlarının sayı 4-ə çatıb. Bu ilin aprel ayında isə “Sənan Kredit İttifaqı”nın lisenziyası ləğv olunub.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.