Mərkəzi Bankın təsərrüfat mallarının alınması ilə bağlı elan etdiyi tender ləğv edilib.
Qərarı Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi qəbul edib.
Qeyd olunub ki, dəyəri 198 502 AZN olan satınalmada iştirak etmək üçün təklifi və təklifin təminatını təqdim etmiş, tələb olunduğu halda müvafiq lisenziyaya və ya icazəyə malik olan təchizatçıların sayı üçdən azdır.