Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Baş Yazı

“Mərkəzi icra hakimiyyəti Naxçıvanda 5 parçaya bölünmüş vəziyyətdədir” –

User 17 May 2023 - 22:32 (Last updated: 21 May 2025 - 20:15)
fuad necefli

“Azərbaycanın mərkəzi icra hakimiyyəti Naxçıvanda 4-5 parçaya bölünmüş vəziyyətdədir və onun metodiki bazası demək olar ki, mövcud deyil”.

Azpost.info bildirir ki, bu sözləri Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli Naxçıvan televiziyasına müsahibəsində bildirib.

F.Nəcəfli bildirib ki, Naxçıvanın müəssisə və təşkilatlarının mərkəzi icra hakimiyyəti orqanları ilə sıx işləməsi üçün struktur dəyişikləkiərinin olması vacib və labüddür: “Təsəvvür edin ki, Azərbaycanın mərkəzi icra hakimiyyəti Naxçıvanda 4-5 parçaya bölünmüş vəziyyətdədir və onun metodiki bazası demək olar ki, mövcud deyil.  Başqa bir məsələ ilə də biz qarşılaşırıq. Struktur vahidlərinin bəziləri natamamdır, maddi -texniki bazadan danışmaq isə olduqça tezdir, tam formalaşmış vəziyyətdə deyil. Ona görə də bu gün Naxçıvanda struktur islahatları tam şəkildə davam edir. Şəffaflıq, peşəkarlıq əsas prinsiplərimizdən biridir. Bu tələblərə dözüm gətirə bilməyənlər struktur rəhbərləri vəzifələri ilə vidalaşmalı olurlar”.

F.Nəcəfli Naxçıvanı tərk edərək başqa ölkələrə getmiş naxçıvanlıların geri qayıdışı üçün işlər aparıldığını deyib: “İnsanların doğma torpağa qayıdışı, təsərrüfat faəaliyyəti ilə məşğul olmaq üçün mühüm addımlar atılacaq. İnanıram ki, yaxın bir nçə ildə əhalinin geri qayıdışı təmin olunacaq. Geri qayıtmaq çağrışlarla deyil, minimum təəbatlarının ödənilməsi, iş yerlərinin açılması ilə təmin olunmaqdan gedir”.

F.Nəcəfli deyib ki, bir ay ərzində Naxçıvanda olan prblemlər ümumiləşdirilib və prioritet sahələr dəqiqləşdirilib: “Bu məsələlər cənab Prezidentə məruzə edildi. Dövlət başçısının göstərişi ilə Naxçıvana səfərlər başladı. Mərkəzi icra orqanlarının başçılarının Naxçıvana səfərləri zamanı biz bu məsələləri bir daha müzakirə etdik”.

Xüsusi nümayəndə Naxçıvanda tikinti sektoru ilə bağlı vəziyyətə də toxunub. Onun sözlərinə görə, ötən illərdə Naxçıvanda aparılan tikinti sadəcə dövlət sektorunun sifarişləri əsasında baş verib: “Təəssüf hissi ilə qeyd edim ki, bu sahədə şəffaflıq tam təmin edilməyib. Şəhərsalma və Arxitektura Komitəsinin funksiyaları özünə həddən artıq böyük səlahiyyətlər müəyyənləşdirməklə aparılıb. Bu da ciddi suallar ortaya çıxarıb. Bizim planlaşdırdığımız məsələlər bu sektorda dövlət sifarişləri ilə bərarbə özəl sifarişlərin də artmasıdır. Naxçıvanda dövlət sifarişi ilə tikilmiş tikililərin bir çoxu öz funksionallığına görə çox yarıtmaz vəziyyətdədir. Bu saəhədə də bizim yeniliklərimiz olacaq. Yeni dövlət sifarişli tikinti layihələri başlanacaq”.

Azpost.info

Post navigation

Previous: Rusiya Kiyeviə“Kinjal” hipersəs raketi ilə zərbə endirib
Next: “Sabah” “Sumqayıt”ı darmadağın etdi –

Oxşar xəbərlər

erdoqan ceyhun01
  • Baş Yazı

Ərdoğan Ceyhun Bayramovu qəbul edib

User 30 Oktyabr 2026 - 17:51
aqrar sahə
  • Baş Yazı

Fermer niyə az qazanır, ərzaq niyə bahadır? – Aqrar sahənin problemləri

User 29 Oktyabr 2026 - 18:48
ilham aliyev
  • Baş Yazı

Prezident İlham Əliyev Türkiyəyə getməyəcək

User 29 Oktyabr 2026 - 16:12

xƏBƏR

hava proqnozu haqqında
  • Sosial

Noyabrın 1-nə olan hava proqnozu

User 31 Oktyabr 2026 - 13:03
Noyabrın 1-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidməti  xəbər verir ki, Bakıda və Abşeron yarımadasında hava...
Read more about Noyabrın 1-nə olan hava proqnozu
60 il əvvəl İlk video telefon belə görünürdü – İlk aparatın 100 illik sirri / FOTOXRONİKA video telefon 1960
  • Maraqlı

60 il əvvəl İlk video telefon belə görünürdü – İlk aparatın 100 illik sirri / FOTOXRONİKA

User 31 Oktyabr 2026 - 12:43
Azərbaycanda xalça istehsalı 61 dəfədən çox artıb xalca sexi
  • Sosial

Azərbaycanda xalça istehsalı 61 dəfədən çox artıb

User 31 Oktyabr 2026 - 12:16
Polşada siyasi böhran – Prezident və Baş nazir üz-üzə polsa mitinq
  • Dünya

Polşada siyasi böhran – Prezident və Baş nazir üz-üzə

User 31 Oktyabr 2026 - 11:00
“Ərdoğanın ətrafında Azərbaycana təzyiq yaratmaq istəyənlər var” – Tofiq Zülfüqarov tofiq zülfüqarov
  • Siyasət

“Ərdoğanın ətrafında Azərbaycana təzyiq yaratmaq istəyənlər var” – Tofiq Zülfüqarov

User 31 Oktyabr 2026 - 10:48
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.