Məşhur aktrisa Bricit Bardonun vəziyyəti  yaxşılaşır

Məşhur fransız aktrisası Bricit Bardonun vəziyyəti  tibbi əməliyyatdan sonra getdikcə yaxşılaşır.

AzPost bildirir ki, bu barədə İci radiosu məlumatlı mənbələrə istinadən məlumat yayıb.

“Bricit Bardo Tulonda xəstəxanaya yerləşdirilib. İci ilə əlaqə saxlayan bir neçə mənbə təsdiqləyirlər ki, sentyabrın 28-də 91 yaşı tamam olan Sen-Trope sakini tədricən sağalır”, – nəşr yazıb.

Bundan əvvəl Nice-Matin xəbər vermişdi ki, Bricit Bardo Sen-Jean özəl klinikasında ağır xəstəlikdən əməliyyat olunub. Xəstəliyin xarakteri açıqlanmayıb. Qəzetin yazdığına görə, 91 yaşlı aktrisanın yaxın günlərdə evə buraxılacağı gözlənilir.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.