Məşhur aktrisa Klaudiya Kardinale vəfat edib

Dünyada çoxsaylı filmlərdəki rolları ilə tanınan italyan aktrisa Klaudiya Kardinale 88 yaşında vəfat edib.

Bu barədə ANSA qəzeti məlumat yayıb.

Məlumata görə, aktrisa son bir neçə ildə yaşadığı Fransanın Nemur şəhərində uşaqlarının yanında ölüb.

1938-ci ildə Tunisdə anadan olan Kardinale ilk dəfə 1952-ci ildə Rene Votierin “Qızıl üzüklər” adlı qısametrajlı filmində baş rolda oynayaraq şöhrət qazanıb.

1957-ci ildə müsabiqədə “Tunisdə ən gözəl italyan qadını” seçilib. 1950-ci illərin sonlarından bəri o, bədii filmlərdə çəkilir və onun filmoqrafiyası 120-dən çox filmi əhatə edir.

1969-cu ildə aktrisa sovet rejissoru Mixail Kalatozovun “Qırmızı çadır” filmində rol alıb və bu, Qərb tərəfdaşı ilə birgə istehsal olunan və maliyyələşdirilən ilk sovet film layihəsi olub.

Karyerasına gözəllik müsabiqəsində qalib gəldikdən sonra başlayan Kardinale 50 il ərzində 100-dən çox filmdə çəkilib.

O, daha çox Federiko Fellininin 8½, Luçino Viskontinin “Leopard” və Sergio Leonenin “Bir zamanlar Qərbdə” filmlərindəki işi ilə tanınır.

O, Avropa və Hollivudda aparıcı rejissorlarla işləyib və Marmello Mastroiani, Burt Lancaster, Alen Delon və Henri Fonda kimi aktyorlarla birlikdə rol alıb.

Kardinale tez-tez Sofi Loren və Cina Lollobrigida ilə birlikdə İtaliyanın müharibədən sonrakı 3 böyük simvollarından biri kimi təsvir edilirdi.

O, qadın hüquqlarına dair təbliğatına görə 2000-ci ildə YUNESKO-nun xoşməramlı səfiri seçilmişdi.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.