Volqoqradda faşizmə qarşı mübarizənin xatirəsinə ucaldılmış “Ana Vətən” heykəlinin başında kişi meyiti tapılıb.
AzPost bildirir ki, bu barədə V1.Ru şəhər portalı yazıb.
Məlumata görə, ölən 68 yaşlı Moskva Dövlət Bədən Tərbiyəsi Akademiyasının rektoru Nikolay Çesnokovdur.
Onun cəsədi heykəlin başında tapılıb. Monumental heykəlin baş hissəsində taxta döşəməli kiçik bir otaq və lyuk vasitəsilə daxil olmaq mümkün olan skamya var.
İlkin məlumata görə, o, infarkt keçirib.